Portuqaliya Millətlər Liqasının finalında

Portuqaliya Millətlər Liqasının finalında
DÜNYA FUTBOLU 5 İyun 2025 / 01:03 8213
-  A +

Bu gün UEFA Millətlər Liqasında final mərhələsinə start verilib.

QOL.az xəbər verir ki, final mərhələsi 1/2 final və final matçından ibarətdir. 

Yarımfinalın ilk oyununda Almaniya millisi Portuqaliya ilə üz-üzə gəlib. Matç Portuqaliyanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Portuqaliya millisi finala adlayıb.

Digər yarımfinal matçında isə sabah İspaniya ilə Fransa yığmaları qarşılaşacaq.

Qeyd edək ki, 1/2 mərhələsi bir oyundan ibarətdir. Final mərhələsi Almaniyada təşkil olunub.

Yarımfinalın qalibləri iyunun 8-də 1-ci yer, məğlublar isə həmin gün 3-cü yer uğrunda yarışacaqlar.

4 iyun

Millətlər Liqası, yarımfinal

23:00.Almaniya - Portuqaliya - 1:2

Qollar: Virtz, 48 - Konseysao, 63, Ronaldo, 68

5 iyun

23:00.İspaniya - Fransa


Son xəbərlər
05.06.25  21:59

"Yuventus"dan ayrıldı

05.06.25  20:50

"Şamaxı"da ayrılıq

05.06.25  15:55

"Arsenal"dan "Latiso"ya