A seriyası klubu baş məşqçisi ilə bağlı qərarı açıqladı

A seriyası klubu baş məşqçisi ilə bağlı qərarı açıqladı
XƏBƏR 26 Oktyabr 2024 / 15:35 854
-  A +

"Parma" baş məşqçisi Fabio Peçkia ilə bağlı qərarını açıqlayıb. 

QOL.az xəbər verir ki, A seriyası təmsilçisi mütəxəssislə müqaviləni yeniləyib. Bu barədə klubun saytı məlumat yayıb. Sözləşmə 2027-ci ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.

Fabio 2022-ci ilin iyunundan "Parma"nın baş məşqçisidir. Onun rəhbərliyi altında komanda 93 oyun keçirib.

İtaliya çempionatının cari mövsümündə "Parma" 7 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşır.


Son xəbərlər