La Liqa prezidenti "Real"ın televiziyasını tənqid etdi

La Liqa prezidenti "Real"ın televiziyasını tənqid etdi
XƏBƏR 26 Oktyabr 2024 / 13:38 1224
-  A +

La Liqanın prezidenti Xavyer Tebas "Real"ın televiziyasını tənqid edib.

QOL.az xəbər verir ki, buna səbəb televiziyanın Madrid təmsilçisinə qarşı hakimlərin səhvlərini göstərən videolar hazırlamasıdır. "Kral klubu"nin televiziyası xüsusilə, “Barselona” ilə oyun ərəfəsində qarşıdakı görüşün baş hakiminin Kataloniya təmsilçisinin xeyrinə qərəzli mövqeyinə işarə edən video yayımlayıb.

X.Tebas isə deyib: “Sonuncu videoya baxmadım, amma başqalarını gördüm. Bu ədalətli deyil və tarixi mənada "Real"a yaddır. Onlar uzun müddətdir ki, hakimlik mövzusunu müzakirə edirlər, amma bu, yorucudur. Bu, "Real" dəyərlərinə aid deyil".

Qeyd edək ki, "El-Klassiko" bu gün Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər