Okan Buruk əməliyyat edildi

Okan Buruk əməliyyat edildi
XƏBƏR 26 Oktyabr 2024 / 12:25 2117
-  A +

"Qalatasaray"ın baş məşqçisi Okan Burukun səhhətində problem yaranıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 51 yaşlı mütəxəssisin appendisiti partlayıb. O, dərhal əməliyyat olunub. 

O.Burukun durumu hazırda yaxşıdır. 

"Qalatasaray" Türkiyə Superliqasının 10-cu turu çərçivəsində "Beşiktaş"la qarşılaşacaq. "Aslanlar"ı İstanbul derbisinə İrfan Saraloğlu çıxaracaq. 

Qeyd edək ki, oktyabrın 28-də keçiriləcək "Qalatasaray" - "Beşiktaş" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Son xəbərlər
topaz banner