"Barselona"nın müdafiəçisi: "Vinisiusdan qorxmuram"

"Barselona"nın müdafiəçisi: "Vinisiusdan qorxmuram"
XƏBƏR 26 Oktyabr 2024 / 11:59 2539
-  A +

"Barselona"nın müdafiəçisi Jül Kunde bu gün "Real"a qarşı keçirəcəkləri matç haqqında danışıb.

QOL.az xəbər verir ki, 25 yaşlı futbolçu Madrid təmsilçisinin hücumçusu Vinisius Juniordan çəkinmədiyini deyib:

"Mən Vinisiusdan qorxmuram. Niyə kimdənsə qorxmalıyam? Qorxu yoxdur.

O, şübhəsiz ki, "Qızıl top"a əsas namizəd və dünyanın ən yaxşı futbolçularından biridir. Amma mənim üçün bu, başqa bir məsələdir. Ona görə də futbol oynayıram. Mən ən yaxşılara qarşı oynamağı xoşlayıram və "Real"la matç da istisna deyil. Biz özümüzə arxayınıq və yalnız qələbə üçün oynayacağıq”.

Qeyd edək ki, "El-Klassiko" bu gün Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Son xəbərlər
topaz banner