Cəlal Hüseynovun komandası qalib gəldi

Cəlal Hüseynovun komandası qalib gəldi
XƏBƏR 25 Oktyabr 2024 / 18:20 312
-  A +

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, komanda Bolqarıstan çempionatının 13-cü turunda öz meydanında “Septemvri”ni qəbul edib. Görüş "Arda"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Cəlal oyunun 66-cı dəqiqəsində meydana daxil olub. 

Qeyd edək ki, “Arda” turnir cədvəlində 21 xalla 6-cı yerdədir.


Son xəbərlər