"Leyptsiq"in futbolçusu sıradan çıxdı

"Leyptsiq"in futbolçusu sıradan çıxdı
XƏBƏR 24 Oktyabr 2024 / 20:35 895
-  A +

"Leyptsiq"in futbolçusu Xavi Simons sıradan çıxıb.

QOL.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı nederlandlı yarımmüdafiəçi ÇL-ın Liqa mərhələsində "Liverpul"la qarşılaşmada (0:1) topuğundan zədə alıb. Hazırda onun neçə müddət yaşıl meydanlardan uzaq qalacağı bəlli deyil. 

Qeyd edək ki, Xavi Simons bu mövsüm "Leyptsiq"in heyətində 11 oyuna çıxaraq 3 qol vurub və 2 qolun ötürməsini edib. 

Daha çox


Son xəbərlər
topaz banner