"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində "Elfsborq"a qalib gəldikləri matç haqqında danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis "TRT Spor"a açıqlamasında 4:3 hesablı qalibiyyəti dəyərləndirərkən komandasından razı qaldığını deyib:
"4 qol vurduq. Amma 8-9 qol da vura bilərdik. Bizim üçün pis olan 3 qol buraxmağımız idi. Amma yenə də topa nəzarət bizdə idi. Rəqibin də təhlükəli hücumları oldu. Bəzən risksiz oynamağımız lazım gəlir. Matçın böyük hissəsində düzgün oynadıq. Çıxışımızdan, vurduğumuz qollardan razıyam. Matçlarımızı dəyərləndirəcəyik. İlk hissəyə baxsaq, görərik ki, rəqibə çox şans verməmişik. Bəzən şanssızlıq yaşadıq. Amma komandamın vurduğu qolların sayı məni xoşbəxt edir. Daha yaxşısını edə biləcək bir keyfiyyətə sahibik. Ümumilikdə futbolçularımın çıxışından razıyam.
İsveç komandası ilə qarşılaşdıq. Onlar fiziki cəhətdən bizdən güclü ola bilərlər. Amma statistika baxımından hər bir detalda rəqibdən üstün idik. Məncə, bu, Türkiyə komandalarının nə qədər güclü və yaxşı olduğunu hər kəsə göstərdi".
Qeyd edək ki, "Elfsborq" Azərbaycan təmsilçisi "Qarabağ"ın da Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən biridir.
Matçları qanunsuz izləyənlər cərimələnəcək
Uğursuz çıxış etdi, baş məşqçidən xəbərdarlıq aldı
"Qızıl top" namizədləri: Yamal, Keyn...
PSJ-nin oyunu təxirə salınır?
"Keçmişdəki uğursuzluqları düşünməyə ehtiyac yoxdur"
"Borussiya" idman direktorunu göndərdi
İngiltərədə Superkubok matçının yeri dəyişdirildi
Flik ayın məşqçisi seçildi
Ben Uayt İngiltərə millisində
Osimhen əməliyyat olundu
"Marsel" klubu prezidenti ilə yollarını ayırdı
Qvardiola qələbəni qızı ilə qeyd etdi - Video
Tudoru o əvəzləyə bilər
Siyasət Əsgərov Türkiyə klubunun düşərgəsində
"Sevilya" baş məşqçisi ilə sağollaşdı
Ronaldo belə bərpa olunur - Şəkillər
"Barselona"ya keçmək istəyir
2-ci liqada 19-cu tur 3 oyunla başladı
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
Kyeza İtaliya millisinin heyətindən çıxarıldı
Qvardiola İngiltərə Liqa Kubokunun rekordçusu oldu
AFFA nümayəndələri UEFA Grow Konfransında
18 yaşlı futbolçu vəfat etdi
Azərbaycan milliləri mühüm yarışlara hazırlaşır
Neymarın DÇ-2026-da iştirak şansı minimaldır
AFFA akademiyalara ziyarətin ilk mərhələsini yekunlaşdırdı
Azərbaycan boksçuları Macarıstanda 4 medal qazanıb
Qələbəyə həsrət qalan "Sevilya"dan baş məşqçi qərarı
Arteta: "Kədərli bir gündür"
Özbək Xusanovun İngiltərədə ilk titul sevinci - Video
Qrizmann bu kluba keçir