“Avropa Klublar Birliyinin (ECA) Baş Assambleyası ildə bir dəfə təşkil olunur və bura ECA-ya üzv olan klubların hamısı dəvət alır. Qurum 2023-cü ildə öz əsasnaməsində bəzi dəyişikliklər edib. Belə ki, ECA artıq UEFA-ya daxil olan 55 milli assosiasiyanın yüksək dəstə klublarını təmsil etmək öhdəliklərinə sahib çıxıb. Bunun sayəsində son 1 ildə ECA üzvü olan klubların sayı 720-yə çatıb. İndi demək olar ki, Avropanın əsas liqalarında oynayan bütün klublar ECA-nın tam və ya assosiativ üzvləridir”.
QOL.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın İdarə Heyətinin, eləcə də Avropa Klublar Birliyinin (ECA) İcraiyyə Komitəsinin üzvü Asif Əsgərov ECA-nın Baş Assambleyasında müzakirə olunan məsələlər barədə danışarkən deyib.
O, bir neçə gün əvvəl keçirilmiş iclasda Avropa Klublar Birliyi ilə UEFA arasında memorandumun yeniləndiyini bildirib: “Bununla da ECA 2033-cü ilə kimi Avropa klublarının adından danışacaq yeganə tanınan qurum olacaq. Keçən il imzalanan memorandumun yenilənməsinə səbəb UEFA ilə birgə ortaq təşkilatın yaranması, həm də əvvəlki anlaşmanın tarixinin daha 3 il uzadılması idi.
Assambleyada ötən il görülmüş işlər müzakirə olundu və gələcək üçün yeni strategiya qəbul edildi. Eyni zamanda, Avropa futbol qurumu ilə birgə maliyyə hesabatının izlənilməsi üçün yaradılacaq ortaq şirkətin öhdəlikləri açıqlandı. Kiçik komandaların böyüməsini və dayanıqlılığını təmin etmək, eləcə də təcrübə mübadiləsi, akademiyalara səfərlər əsas məqsədlərdən biri olacaq. Artıq 2025-ci ildən Harvard Universitetində klub menecerlərinin təhsil alması üçün də şərait yaradılacaq”.
ECA rəsmisi nisbətən kiçik klubların da inkişafı üçün çalışdıqlarını bildirib: “Həmin klublarla əlaqələri genişləndirmək, onların problemlərini FIFA və UEFA müstəvisinə qaldırmaq üçün çalışırıq. Futbolun hər sahəsində inkişafa can atırıq”.
UEFA-nın “Həmrəylik ödənişləri”ni (avrokubokların əsas mərhələsində iştirak etməyən klublar üçün nəzərdə tutulan ödəniş) artırdığını xatırladan A. Əsgərov bunun əhəmiyyətindən söz açıb: “Bu, Avropa Klublar Birliyinin ilboyu apardığı danışıqların nəticəsində reallaşdı. Qrup mərhələsinə vəsiqə qazanmayan komandalara ödəniş təqribən iki dəfə artırıldı. Bu həm də UEFA yarışlarında təmsil olunmayan Azərbaycan təmsilçiləri üçün əlavə stimul olacaq”.
Qeyd edək ki, Avropa Klublar Birliyinin illik son konfransı Yunanıstanın paytaxtı Afina şəhərinə keçirilmişdir.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır