AFFA "Sabah"ın məşqçisini cəzalandırdı

AFFA "Sabah"ın məşqçisini cəzalandırdı
XƏBƏR 23 Oktyabr 2024 / 13:11 424
-  A +

"Sabah"ın köməkçi məşqçisi Saşa Sablyak cəzalandırılıb.

QOL.az xəbər verir ki, AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında belə qərar qəbul edilib. 

Buna səbəb onun Misli Premyer Liqasının 10-cu turunda “Zirə” ilə matçın 45+4-cü dəqiqəsində oyunun bərpasını ləngitməsi olub. Sablyak həmin vaxt birbaşa qırmızı vərəqə alıb.

İntizam Komitəsi mütəxəssisin 1 oyun şərti olmaqla 2 oyun cəzalanmasına qərar verib. “Sabah” isə 1000 manat cərimə edilib.

Qeyd edək ki, "Zirə" - "Sabah" oyunu 1:1 hesabı ilə başa çatıb. 

Daha çox


Son xəbərlər