"Neftçi"nin futbolçusunun cəzası bilindi

"Neftçi"nin futbolçusunun cəzası bilindi
XƏBƏR 23 Oktyabr 2024 / 13:05 961
-  A +

AFFA “Neftçi”nin futbolçusu Edvin Kuçu cəzalandırıb.

QOL.az xəbər verir ki, belə qərar İntizam Komitəsinin bugünkü iclasında qəbul edilib. 

31 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının 10-cu turunda “Səbail” oyunun 81-ci dəqiqəsində rəqibi aşkar qol imkanından məhrum edib. Futbolçu birbaşa qırmızı vərəqə alıb.

Buna görə də Kuç 1 oyunluq cəzalanıb.

Onun bu hərəkətinə görə klubu 1000 manat cərimə edilib.

Qeyd edək ki, sözügedən oyunda "Neftçi" "Səbail"ə 3:1 hesabı ilə qalib gəlib. Bu, paytaxt təmsilçisinin cari mövsümdə ilk qələbəsi olub. 

Daha çox


Son xəbərlər