"Ayaks"ın futbolçusu: "Qarabağ"la oyuna hazırıq"

"Ayaks"ın futbolçusu: "Qarabağ"la oyuna hazırıq"
XƏBƏR 23 Oktyabr 2024 / 12:22 2015
-  A +

“Ayaks”ın yarımmüdafiəçisi Kian Fits-Cim Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun haqqında danışıb.

QOL.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi klubun saytına açıqlamasında görüşün çətin keçəcəyini deyib: 

“Qarabağ”ın bəzi oyunlarına baxdıq. Son 10 ildə onlar 9 dəfə çempion olublar. "Qarabağ"ın bir neçə texnikalı cinah oyunçusunun olduğunu gördüm. Çətin matç olacaq, lakin biz hazırıq”.

Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək “Qarabağ” -  “Ayaks” oyunu saat 20:45-də start götürəcək.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner