Ukraynalı futbolçu müharibədə həlak oldu

Ukraynalı futbolçu müharibədə həlak oldu
XƏBƏR 22 Oktyabr 2024 / 14:37 870
-  A +

Ukraynalı futbolçu Dmitri Boqaçov Rusiyaya qarşı müharibədə ölkəsini müdafiə edərkən həlak olub.

QOL.az xəbər verir ki, bu barədə onun keçmiş komanda yoldaşı Oleksandr Litvinenko məlumat yayıb.

32 yaşlı Boqaçov karyerası ərzində Polşanın 4-cü divizionundan “Sumı”, “Viktoriya”, “Trostyanets” və “Orleta” klublarında çıxış edib. Onun aktivində 162 oyun, 26 qol və 7 qol ötürməsi var idi.

Qeyd edək ki, Boqaçov Rusiya Federasiyasına qarşı genişmiqyaslı müharibə başlayandan sonra Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulub. O, Avdiiv Koks Kimya Zavodunun ərazisində döyüşmüş və həkim olmuşdur.


Son xəbərlər
21.10.24  09:57

"Turan Tovuz"dan rekord