Cəlal Hüseynov Bolqarıstanda növbəti oyuna çıxdı

Cəlal Hüseynov Bolqarıstanda növbəti oyuna çıxdı
XƏBƏR 22 Oktyabr 2024 / 11:20 980
-  A +

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, komanda 8-ci turdan təxirə salınmış görüşdə səfərdə SSKA ilə qarşılaşıb. Matç “Arda”nın qələbəsi ilə başa çatıb – 2:1.

Cəlal oyunun 70-ci dəqiqəsində meydana daxil olub. 

Qeyd edək ki, “Arda” 12 turdan sonra 18 xalla 6-cı sıradadır.


Son xəbərlər
20.05.26  16:53

11 illik dövrün sonu

topaz banner