“Komanda şəklində qələbəyə inanırdıq. Lakin təəssüf ki, qısa zamanda çox bəsit qollar buraxdıq. Nə qədər toparlanmağa çalışsaq da, heç cür oyunun gedişatını dəyişmək mümkün olmadı”.
QOL.az saytına açıqlamasında bu sözləri “Sumqayıt”ın üzvü Rövlan Muradov Misli Premyer Liqasının 10-cu turunda “Turan Tovuz”a 2:4 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.
Samir Abasovun gedişini şərh etmək istəməyən 26 yaşlı yarımmüdafiəçi son bir həftədə komandadakı dəyişikliyə belə münasibət bildirib: “Taktiki cəhətdən olan dəyişikliklərdən danışa bilmərəm. Çünki bu, komandanın daxili məsələsidir. Vaqif Cavadov ilk gündən bizə inandığını söyləyir. Hər bir futbolçuya yaxşı motivasiya verir. Bu, ilk oyun idi. İstəməzdik ki, öz meydanımızda, doğma azarkeşlər önündə uduzaq. Təəssüf ki, belə alındı”.
R.Muradov geridə qalan 10 turun “Sumqayıt” üçün uğursuz alındığını söyləyib: “İstədiyimiz kimi oyunlar keçirə bilməmişik. Bəzi matçlarda bəxt amili rol oynayıb, bəzi görüşlərdə pis çıxış etmişik. İndiki vəziyyətdən biz də narazıyıq. Aşağı pillələrdə olduğumuz üçün mövcud durum bizi heç cür qane edə bilməz. Əlimizdən gələni edirik ki, tezliklə vəziyyəti dəyişək”.
O, növbəti turda qarşılaşacaqları “Səbail”lə matçdan da söz açıb: “Bizi səfərdə ağır oyun gözləyir. “Səbail”lə xallarımız eynidir. Ona görə rəqib də qələbəyə oynayacaq. Çətin matç keçəcək. Üstəlik, “Səbail” öz meydanında yaxşı çıxış edir. Lakin istənilən halda toparlanıb azarkeşlərimizi sevindirməliyik”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?