"Napoli"dən Kvaratsxeliya açıqlaması

"Napoli"dən Kvaratsxeliya açıqlaması
XƏBƏR 21 Oktyabr 2024 / 09:00 1929
-  A +

"Napoli"nin prezidenti Aurelio De Laurentis futbolçusu Xviça Kvaratsxeliyanın gələcəyi haqda danışıb.

QOL.az xəbər verir ki, o, 23 yaşlı yarımmüdafiəçinin komandada qalacağına işarə edib:

“Söhbət Kvaratsxeliyanın müqaviləsinin uzadılmasından gedir? Futbolçularımız biz istədiyimiz və arzuladığımız müddətcə "Napoli"də qalacaqlar”.

Qeyd edək ki, Kvaratsxeliyanın "Napoli" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Bu mövsüm hücumçu bütün turnirlərdə 10 matçda iştirak edib, dörd qol vurub və 2 qolun ötürməsini verib.

Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya isə Azərbaycan millisinin sabiq üzvüdür.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner