Poqba "Yuventus"dan gedir - Rəsmi

Poqba "Yuventus"dan gedir - Rəsmi
XƏBƏR 20 Oktyabr 2024 / 14:58 2482
-  A +

"Yuventus"un texniki direktoru Kriştiano Juntoli komandanın yarımmüdafiəçisi Pol Poqbanın gələcəyi ilə bağlı danışıb.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Juntoli 31 yaşlı yarımmüdafiəçinin komandadan ayrılacağını təsdiqləyib: “Poqba əla oyunçu idi, amma indi başqa planlarımız var. Biz müxtəlif oyunçulara sərmayə qoymuşuq və indi komandamız tam hazırdır”.

Fevralın 29-da Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futboldan uzaqlaşdırılmışdı. Onun orqanizmində testosteron səviyyəsinin yüksəldiyi aşkarlanıb.

Oktyabrda məlum olub ki, fransalının diskvalifikasiya müddəti 18 aya endirilib. O, gələn ilin martında meydana qayıda biləcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner