2-ci liqada ayın qolunun müəllifi mükafatlandırıldı

2-ci liqada ayın qolunun müəllifi mükafatlandırıldı
XƏBƏR 18 Oktyabr 2024 / 14:17 1039
-  A +

Azərbaycan 2-ci liqasında “Ayın qolu” layihəsinin ilk qalibi müəyyənləşib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, bu, “Dinamo” futbol klubunun üzvü Valeh Seyidov olub. 

28 yaşlı hücumçu bu gün mükafatlandırılıb.

Sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı 7-ci turun “Dinamo” – “Saatlı-Araz” görüşündən əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner