Messi: "Bütün arzularımı reallaşdırdım"

Messi: "Bütün arzularımı reallaşdırdım"
XƏBƏR 18 Oktyabr 2024 / 00:42 1435
-  A +

Argentina millisinin və "İnter Mayami"nin futbolçusu Lionel Messi karyerası ərzində əldə etdiyi nailiyyətlərdən danışıb.

QOL.az "Marca"ya istinadən xəbər verir ki, 37 yaşlı hücumçu bütün arzularını reallaşdırdığını deyib: 

“Mən bütün arzularımı həyata keçirə bildim və uşaqlıqda arzuladığımdan daha çox şeyə nail oldum. Bunu mənə Tanrı verdi. Bir futbolçunun ən böyük arzusunu - dünya çempionu olmağı bacardım. “Barselona”dakı karyeram ərzində bir çox titullar qazandım. Həmçinin PSJ və "İnter Mayami" ilə də çempionluqlar yaşadım. Daha çoxuna nail olmaq üçün əlimdən gələni etməyə davam edirəm”.

Qeyd edək ki, Messi Argentina millisinin tərkibində 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub. Forvard həmçinin 8 dəfə "Qızıl top"a layiq görülüb. 

O, 2023-cü ilin yayından "İnter Mayami"də (ABŞ) oynayır.


Son xəbərlər