AFFA-nın inzibati binasında Misli Premyer Liqası, 1-ci və 2-ci Liqada, həmçinin Yüksək Qızlar Liqasında çıxış edən klubların nümayəndələri üçün 2025/2026-cı illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.
QOL.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. İclasda iştirak edən AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev lisenziyalaşdırma prosesinin vacibliyini vurğulayıb, bütün klublara uğurlar arzulayıb. Eyni zamanda iclasda UEFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin mütəxəssisi Anna Polatovska çıxış edərək, iştirakçılara UEFA-nın Klubların Lisenziyalaşdırılması və monitorinq prosesi, Azərbaycan futbol klublarının maliyyə və digər göstəricilərinin müqayisəli təhlili və qadınlar arasında UEFA Çempionlar Liqasında mübarizə aparmaq üçün lisenziyalaşdırma tələbləri barədə ətraflı məlumat verib.
İclasda asağıdakı mövzulara aid təqdimatlar keçirilib:
- Ötən mövsümün icmalı və Klubların Lisenziyalaşdırılması Departamentinin yenilənmiş təşkilati strukturu;
- Prosesə aid rəsmi sənədlərdə və lisenziyalaşdırma üzrə qaydalarda ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər;
- Mövsüm ərzində təşkil olunacaq yerlərdə treninqlər və seminarlar;
- Ötən mövsümdən etibarən lisenziyalaşdırma sistemi çərçivəsində tətbiq olunan elektron portal.
Portal klublar tərəfindən sənədlərin təqdim olunması, onların qiymətləndirilməsi və prosesə aid digər məsələlər üçün nəzərdə tutulub.
İclasın sonunda klub nümayəndələrinin sualları cavablandırılıb.
Eyni zamanda, cari mövsümdən etibarən UEFA-nın yeni layihəsi çərçivəsində milli assosiasiyalar arasında lisenziyalaşdırma məsələləri üzrə təcrübə mübadiləsi proqramı təşkil olunur. Həmin proqram çərçivəsində yuxarıda qeyd olunmuş tədbirdə Qazaxıstan Futbol Federasiyasının (QFF) lisenziyalaşdırma mütəxəssisləri iştirak ediblər. QFF-nin Lisenziyalaşdırma Şöbəsinin rəhbəri Yerjan Mussabekov Qazaxıstanda tətbiq olunan lisenziyalaşdırma sistemi barədə məlumatları bölüşüb. Təcrübə mübadiləsi proqramı çərçivəsində həftənin sonunadək bir neçə görüş nəzərdə tutulub. Belə ki, AFFA və QFF əməkdaşları lisenziyalaşdırma məsələləri üzrə ətraflı müzakirə edəcək, öz təcrübələrini bölüşəcəklər.
Ronaldodan Konqo ilə oyunda - Bərbad statistika
Qısaboy olsa da, rekorda hazırlaşır
Ronaldonun performansı zəifləyib?
Keyn mundial matçına xüsusi nişanla çıxacaq
Kevin Medina "Qarabağ"la belə vidalaşdı - Video
Messidən sonra Ronaldo da 6-cı mundialına çıxdı
"Səbail"in yeni rəhbəri bəlli oldu
Covanni yenidən Niderland klubunda
"Leypsiq" baş məşqçisini göndərdi
Özbəkistanda millinin oyununa görə iş saatı dəyişdi
Portuqaliya və Konqonun heyətləri açıqlandı
"Qarabağ"dan daha bir transfer - Şəkillər
Acun Ilıcalının klubunun xalları silinə bilər
Bugünkü mundial matçını buraxacaq
"Şəfa"da növbəti müqavilə
Messidən dünya çempionatlarının rekordu
Mundiallar tarixində qol vuran ən yaşlı avstriyalı
"Zirə"nin də potensial rəqibi müəyyənləşdi
"Sabah" və "Qarabağ"ın cütünün məğlublarının rəqibləri
"Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
“Real” "İnter"in futbolçusuna elçi düşdü
"Bir insanın saçına, bığına ilişmək artıq tənqid deyil"
Çempionlar Liqasında 2-ci mərhələnin cütlükləri
6 illik Kevin Medina dövrü bitdi - "Qarabağ" rəsmən açıqladı
"Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
Messi dünya çempionatında daha bir rekordu təkrarladı
"Sabah"ın potensial rəqibi müəyyənləşdi - Çempionlar Liqası
“ColorStorm”un böyük mağaza və “showroom” açılışı - Şəkillər
DÇ-2026-da növbəti şərhçi qalmaqalı
Bernardo Silva rəsmən “Real”da
Millinin şərəfinə xatirə sikkələri buraxılır - Şəkil
Neymarın beşinci övladı dünyaya gəldi
Azərbaycan millisinin üzvü Rumıniya klubunda - Rəsmi
"Araz-Naxçıvan"da daha bir müqavilə
Haalanddan dubl, Norveçdən böyükhesablı qələbə - Video
"Qalatasaray" bu futbolçunu satdı
Messi! Messi!! Messi!!! - Video
Rəşad Sadıqovdan püşkə münasibət
Mundial tarixinin yeni kralı olmağına bircə qol qaldı!
Fransa Seneqala qalib gəldi: DÇ-2026-da nəticələr
Trampa Almaniya millisinin formasını hədiyyə etdi
Baş məşqçi millini tərk etməyə hazırlaşır