"Sabah" Avropada yaşayan azərbaycanlılara müraciət etdi

"Sabah" Avropada yaşayan azərbaycanlılara müraciət etdi
XƏBƏR 15 Oktyabr 2024 / 14:56 1167
-  A +

"Sabah" Futbol Klubu Avropada yaşayan həmvətənlərimizə müraciət edib.

QOL.az xəbər verir ki, klubun yaydığı müraciətdə billdirilib:

"Əziz həmvətənlərimiz,  

Oktyabırın 23-də, İsveçrənın Bazel şəhərində "Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının II təsnifat mərhələsində İsveçrənın “Bazel” klubu ilə vacib görüşə çıxacaq. Bu əhəmiyyətli oyunda komandamızı tək qoymayaq. Çətin səfər matçında sizin tribunadan dəstəyiniz “Sabah” üçün çox vacibdir. Gəlin, bu əhəmiyyətli qarşılaşmada komandamıza dəstək olaq". 

Klub bildirib ki, oyunda iştirak edəcək şəxslər biletlə təmin ediləcək. Bununla əlaqədar əlavə məlumat "Sabah"ın rəsmi Feysbuk səhifəsində yerləşdirilib.

Qarşılaşma oktyabırın 23-də, yerli vaxtla saat 19:00-də İsveçrənin Bazel şəhərində yerləşən “St. Jakop-Park” stadionunda keçiriləcək.
 


Son xəbərlər
14.10.24  22:16

Sıfır…