Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Millətlər Liqasının 4-cü turunda İslandiyaya qalib gəldikləri matç haqqında danışıb.
QOL.az xəbər verir ki, "ay-ulduzlular" görüşün 4-cü dəqiqəsində hesabda geri düşsələr də, sonda 4:2 hesablı qələbə qazanıblar. Bununla da Türkiyə millisi xallarının sayını 10-a çatdırıb və B Liqasının 4-cü qrupunda liderliyini davam etdirib.
Montella isə futbolçularının meydanda əsl türk kimi mübarizə apardığına görə sevindiyini deyib: "Bu, komandaya gəldikdən sonra məni ən çox sevindirən qələbələrdən biri oldu. Niyə bu qədər xoşbəxtik? Hesabda geriyə düşə biləcəyimiz şərait də var idi. Amma ötürmələrimizin 90 faizi dəqiq alındı. Qapıya 24 zərbə endirdik, 4 qol vurduq. Hazırda qrup 2-ciliyni təmin etmişik. Amma 1-ci olmaq istəyirik. Futbolçularımızın türk ürəyi ilə oynamağı məni qürurlandırır. Dörd fərqli futbolçumuz qol vurdu. Komanda ruhunun və yüksək səviyyəli hazırlığın ön plana çıxması belə nəticələrə səbəb olur. Hədəfimizə yaxınlaşırıq. A Liqasına yüksəlmək istəyirik. Doğru yoldayıq".
Mütəxəssis futbolçusu Kerem Aktürkoğlunun bu yay "Benfika"ya transfer olunduqdan sonra daha yaxşı çıxış etməsinə də toxunub: "Kerem həmişə izlədiyim bir futbolçu idi. 3 ildir ki, Türkiyədəyəm. Belə xüsusiyyətləri özündə birləşdirən futbolçunu asanlıqla tapa bilməzsiniz. Bəlkə də əvvəllər rahat deyildi. Amma "Benfika"ya transfer olunduqdan sonra onun rahat olduğunu hiss etdim və Monteneqro ilə matçda əsas heyətə daxil etdim. Bunun onun keçmiş komandası ilə əlaqədar olduğunu demək istəmirəm. Amma hazırda Kerem fərqli bir səviyyədədir. Bunu hamımız görürük".
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Millətlər Liqasında qrup mərhələsi yekunlaşır
Xavi: “Bu, biabırçılıqdır”
“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası
“Onu “Qarabağ”dan transfer etmək istəyirdik, alınmadı”
İngiltərə klubu yeni baş məşqçisini rəsmən açıqladı
UEFA-nın FİFA prezidentliyinə namizədi oldu
“Neftçi”nin legioneri qələbədə iştirak etdi
“Bundan da yaxşı ola bilərik” - Ayxan Abbasov
İki boksçumuz Avropa çempionatına qələbə ilə başladı
“Şirvan” 3 xalı 5 qolla qazandı - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə