“Oyunda haqqında nə danışasan? Bu 4 oyunda çoxlu qol epizodları yaratmışıq. Lakin fərqlənə bilmirik. Əvəzində isə çox qol buraxırıq. Səbəbini bilmirəm. Çox məyusam”.
QOL.az saytına müsahibəsində bu sözləri milli komandamızın yarımmüdafiəçisi Aleksey İsayev UEFA Millətlər Liqasının 4-cü turunda Slovakiyaya 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, Slovakiyaya qarşı azlıqda oynamağın çətin olduğunu bildirib: “Bilmirəm nə deyim. Anlayırıq ki, azarkeşlər narazıdırlar. Lakin biz həqiqətən də əlimizdən gələni edirik. Uğursuzluğun səbəbini tapmağa çalışırıq. Yaxşı heyətimiz var. 10 nəfər qaldıq. Slovakiya keyfiyyətli komandadır və onlara qarşı 1 nəfər azlıqda mübarizə aparmaq çətindir”.
29 yaşlı futbolçu vəziyyətin utancverici olduğunu etiraf edib: “Biz yaxşı oynaya bilərik. Oynayırıq da. Slovakiyaya qarşı ikinci hissənin ilk 20 dəqiqəsində çox yaxşı çıxış etdik. Birinci hissədə də pressinq tətbiq edir, rəqibi səhvə yol verməyə məcbur edirdik. Qol vurmaq üçün də imkanlar oldu. Toral ilk şansında fərqlənə bilməsə də, az sonra qol vurdu... Məğlubiyyətlər bizi çox məyus edir. Ölkə, azarkeşlər qarşısında bu vəziyyət utancvericidir”.
A.İsayev qarşıdakı iki matçda vəziyyəti dəyişməyə çalışacaqlarını söyləyib: “Tsiklin sonuna iki oyunumuz qalıb. Hər matçda olduğu kimi, Estoniya və İsveçlə görüşlərdə də meydana yalnız qələbə üçün çıxacağıq. Dediyim kimi, yaxşı heyətimiz var və bu komanda ilə nəticə qazanmaq istəyirik. Estoniya ilə evdəki matçda yalnız və yalnız qələbəyə oynayacağıq. Bütün gücümüzü meydanda qoyacağıq. Vəziyyəti bu həddə özümüz çatdırmışıq. Özümüz də bu durumdan çıxmalıyıq”.
Millimizin üzvü məğlubiyyətə baxmayaraq, Slovakiya yığmasından zəif olmadıqlarını vurğulayıb: “Şəxsi fikrimdir ki, fərdi olaraq komandada heç kim slovaklardan zəif deyil. Hesab edirəm ki, heç bir mövqedə onlardan geri qalmırıq. Lakin nəsə çatışmır. Özüm də anlamıram. Bəlkə intizam, bəlkə özünəinam, bilmirəm”.
“Fernandu Santuş matçdan sonra sizə nə dedi?” sualını İsayev belə cavablandırıb: “O, hər zaman bizi ruhlandırır. Lakin anlayırıq ki, baş məşqçi də məyusdur. Vəziyyəti dəyişməliyik ki, hamının üzü gülsün. İnsanlara qələbə bəxş etməliyik. Belə olmaz”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi