"Barselona" onunla müqaviləni uzatmağa hazırlaşır

"Barselona" onunla müqaviləni uzatmağa hazırlaşır
XƏBƏR 13 Oktyabr 2024 / 21:34 787
-  A +

"Barselona" futbolçusu Qavi ilə yeni müqavilə imzalamağa hazırlaşır. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi uzunmüddətli zədədən tam bərpa olunmağa yaxındır. Kataloniya klubu öz yetirməsinə güvənərək ona yeni müqavilə hazırlayır. Həmçinin "Barselona" digər futbolçusu Pedri ilə də müqaviləni uzatmaq niyyətində olduğu bildirilir.

Qeyd edək ki, hər iki futbolçunun "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. 

Daha çox


Son xəbərlər