"Turan Tovuz" Kürdaxanı qəsəbəsində məşq bazası inşa etdirməsi ilə bağlı açıqlama yayıb.
QOL.az xəbər verir ki, bölgə təmsilçisi bəyanatda yeni məşq bazasının yalnız səfərlər üçün nəzərdə tutulduğunu, klubun Tovuzda məskunlaşmağa davam edəcəyini qeyd edib:
"Klubumuzun əsas komandası ilə yanaşı əvəzedici, U-19, U-17, U-16 və U-15 komandaları dairəvi sistem üzrə yarışlarda iştirak edir. Bundan başqa Qərb regionu üzrə yarışlarda pley-off mərhələsinə vəsiqə qazanan aşağı yaş qrupları üzrə komandalarımız da final mərhələsində mübarizələrinə ümumrespublika yarışlarında davam edirlər. Səfər oyunlarımızın böyük əksəriyyəti Bakı şəhərində keçirilir. Komandalarımız Bakı səfəri zamanı oyunöncəsi məşqlər üçün təbii örtüklü meydança tapmaqda çətinliklərlə üzləşir. Bu, komandaların məşq və oyun planlarına mənfi təsir etməklə yanaşı ciddi maliyyə itkisinə də səbəb olur. Klubumuzun İdarə Heyətinin sədri Ehtiram Quliyevin şəxsi vəsaiti hesabına həyata keçirilən Kürdəxanı layihəsi – yeni məşq bazası yaxın gələcəkdə ciddi maliyyə xərclərindən azad olmaq və komandaların rahat şəkildə oyunöncəsi məşqləri həyata keçirməsi üçün nəzərdə tutulub.
Bildirmək istəyirik ki, klubumuzun əsas məskəni və bazası Tovuz şəhəridir, dəyişdirilməsi heç bir halda nəzərdə tutulmur. Hazırda Tovuzdakı tikinti layihələrimiz davam edir. Tovuz şəhər stadionunda yeni akademiya binasının inşası yekunlaşmaq üzrədir. Bundan başqa Tovuzda yeni bazanın tikintisinə hazırlıqlar davam edir. Plana uyğun olaraq Gəncə şəhər stadionunun inşası başa çatdıqdan sonra Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi nəzərdə tutulub. Ot örütüyünün tam hazır olması müəyyən vaxt apardığından azarkeşlərimizdən uzaq düşməmək üçün müvəqqəti olaraq ev oyunlarını Tovuza yaxın olan Gəncə şəhər stadionunda keçirməyi nəzərdə tuturuq.
Qeyd etmək istəyirik ki, klubumuzun uzunmüddətli inkişaf strategiyasında infrastruktur layihələri xüsusi yer tutur. İdeal infrastruktura sahib olmaq üçün belə layihələr davamlı olaraq həyata keçiriləcək və içtimaiyyətə ətraflı məlumat veriləcək".
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu