Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Millətlər Liqasının 3-cü turunda Monteneqroya 1:0 hesabı ilə qalib gəldikləri matçdan danışıb.
QOL.az xəbər verir ki, mütəxəssis komandasından razı qaldığını deyib:
"Bu, bizim üçün bir yetkinlik sınağı idi. İlk hissədə qollar vura bilərdik, amma vurmadıq. Yetkinlik sınağından keçəndə qol da vurduq, üstəlik, qol buraxmadıq. Qapıya 29 zərbə endirmişik. Bu bir rekorddur. Komandamı bəyəndim. Millətlər Liqasının B Liqasındakı ən gənc komanda bizik. Matçdan əvvəl iclas keçirdim və futbolçulara tələsməməli olduğumuzu dedim. Belə görüşlər 70-ci dəqiqədən sonra tam fərqli bir matça çevrilir. Yaxşı oynadıq. Dominant tərəf biz idik. Buna görə də xoşbəxtəm".
O, 4-cü turda İslandiyaya qarşı keçirəcəkləri oyunda rotasiyalar edəcəklərini bildirib: "3 gündən bir matça çıxanda futbolçuların hamısı fiziki gücünü toplaya bilmir. Uelslə matçdan sonra 5 futbolçu dəyişdirmişdik. İstər-istəməz dəyişikliklər etmək məcburiyyətində qalırsınız. Ümid edirəm ki, belə oyunlar gələcəkdə 4 gündən bir keçirilər. Bu, çox böyük fərq yaradacaq".
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video