"Kəpəz"in qapıçısı Rojerio Santos klubun mətbuat xidmətinə müsahibə verib. QOL.az həmin müsahibəni təqdim edir:
- Rojerio, məğlubiyyət seriyasına son qoyduğunuz “Neftçi” ilə oyun barədə nə deyə bilərsən?
- Çempionatda işlərimiz istədiyimiz kimi başlamadı. Ardıcıl oyunlar uduzduq. Vəziyyətdən çıxmaq üçün “Neftçi” ilə oyun bizim son şansımız idi. Qələbə qazanmaq istəyirdik. Buna da nail olduq. Qalib gəldiyimiz üçün çox xoşbəxtik. Komanda yoldaşlarım meydanda can qoydular. Bacardığımızdan bəlkə də artığını etdik. Uşaqların oyundan öncə də əhval-ruhiyyəsi yaxşı idi. Bu da qələbədə rol oynadı.
- Sənin oyunun sonlarına doğru 2 möhtəşəm reaksiyan komandanın qələbəsində az rol oynamadı. Özünü xilaskar sayırsan?
- Həmin iki zərbə oyunun taleyini dəyişə bilərdi. Şükürlər olsun ki, yaxşı reaksiya verib zərbələri dəf etdim. Açığı, qapıda durmaq, zərbələri dəf etmək mənim işimdir. Öz işimi görmüşəm. Fövqəladə bir şey etməmişəm. Hamı öz işini layiqincə yerinə yetirməlidir ki, nəticə olsun. Hamımız bir ailə kimiyik. Klub rəhbərliyi, məşqçilər, futbolçular və azarkeşlər birləşmişik.
- Çempionatda milli komandaların oyunları ilə bağlı fasilə yaranıb. Fasilə "Kəpəz" üçün faydalı olacaq?
- Əlbəttə, yaxşı mənada təsir edəcək. Çünki yaxşı hazırlaşmaq üçün çox vaxtımız olacaq. Mövsümə uğursuz start vermişik. Amma artıq toparlanmışıq. Düşünürəm ki, bizim üçün vəziyyət dəyişib. Uğurlu nəticənin ardı gəlməlidir.
- Qarşıda “Qarabağ” ilə oyun var. İlk dövrədəki matçda meydanı zədələnərək tərk etdin. Sən əvəzlənəndən sonra komanda qollar buraxıb uduzdu. İndi hansı nəticəyə ümid etmək olar?
- Bizi güclü rəqib ilə çətin oyun gözləyir. Onların gücünü hamı bilir. Amma futbol proqnozu sevmir. Hər şey ola bilər. Çox çalışmalıyıq. Məşqlərdə səylə işləməliyik ki, oyuna tam hazır ola bilək.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi
“Barselona”dan ayrıla bilər
"Napoli" onları göndərməyə hazırlaşır
Mahir qol vurdu, milli əsgər salamı verdi - Video
Şotlandiya - Azərbaycan matçının hakimləri açıqlandı
“Yuventus”a keçə bilər
“Real” Mbappenin millidə zədələnməsindən narazı qalıb
Litva - Azərbaycan: Heyətlər açıqlandı
41 yaşlı Modriç qol rekordunu yenilədi
Litvada şəhidlərin xatirəsi yad edildi - Şəkillər