Azərbaycan millisi 16:0 hesablı qələbə qazanıb

Azərbaycan millisi 16:0 hesablı qələbə qazanıb
XƏBƏR 8 Oktyabr 2024 / 21:07 12085
-  A +

Azərbaycanın minifutbol üzrə U-23 milli komandası dünya çempionatında ikinci oyununu keçirib.

QOL.az xəbər verir ki, Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan turnirdə iştirak edir. Millimiz Hindistan yığmasını ilə qarşılaşıb. Matç Azərbaycan yığmasının 16:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, minifutbol üzrə U-23 milli komandamız ilk oyunda Serbiyanın U-23 yığmasına 1:5 hesabı ilə uduzub. Hindistan millisi isə Çexiyaya 1:26 hesabı ilə məğlub olub. Azərbaycan millisi sabah Çexiya ilə üz-üzə gələcək.


Son xəbərlər
08.10.24  15:57

"Liverpul"da qalır