Del Pyeronun qızı da "Yuventus"da oynayacaq

Del Pyeronun qızı da "Yuventus"da oynayacaq
XƏBƏR 8 Oktyabr 2024 / 11:41 1689
-  A +

"Yuventus"un sabiq kapitanı Alessandro Del Pyeronun qızı Dorotea klubun gənclərdən ibarət komandasında çıxış edəcək.

QOL.az xəbər verir ki, bu barədə "Tuttomercato" məlumat yayıb. 15 yaşlı futbolçu Turin təmsilçisinin qadınlardan ibarət U-17 komandasının formasını geyinəcək.

Dorotea 2009-cu ildə ABŞ-da doğulub. O, Los-Ancelesdə böyüyüb və burada Amerika futbolu ilə məşğul olub. 

Qeyd edək ki, Alessandro Del Piero 1993-2012-ci illərdə "Yuventus"da çıxış edib. Futbolçu klub tarixinin bombardiridir (705 maçda 290 qol).


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner