Braziliya millisinin oyunlarını buraxacaq

Braziliya millisinin oyunlarını buraxacaq
XƏBƏR 7 Oktyabr 2024 / 23:00 384
-  A +

Braziliya millisinin və "Real"ınmərkəz müdafiəçisi Eder Militao millinin Çili və Peruya qarşı oyunlarını buraxacaq.

QOL.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb. 

26 yaşlı futbolçu milli komanda qoşulub. Bundan sonra Militao tibbi müayinədən keçib və ona əzələ zədəsi diaqnozu qoyulub.

Beləliklə, Militao DÇ-2026-nın seçmə mərhələsində Çili (11 oktyabr) və Peru (16 oktyabr) ilə keçiriləcək oyunları buraxacaq. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil. 

Qeyd edək ki, bu mövsüm Militao 12 oyun keçirib, 1 qol vurub və 1 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər