Xəbər verdiyimiz kimi, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qaz kəsilib.
Stadionda qaz olmadığına görə isti su problemi mövcuddur. Ev oyunlarını adıçəkilən arenada keçirən “Sumqayıt” klubu da çətinliklə üzləşib. Keçirilən matçlardan sonra istər ev sahiblərinin, istərsə də rəqibin futbolçuları arenanın hamamından istifadə edə bilmir.
Həmçinin oxuyun: Belaruslar üçün Sumqayıtda hamam problemi
Qazın kəsilməsinin səbəbi isə borcdur. Hazırda stadionun “Azəriqaz”a 100 min manatdan çox borcu var. Hər gün də bu borc artır.
Maraqlısı isə budur ki, həmin borcun kimin ödəməli olduğu bilinmir. “Sumqayıt” klubu arenanı icarəyə götürsə də, borcun daha əvvəldən mövcud olduğunu bildirir.
Klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev saytımıza açıqlamasında problemin mövcud olduğunu, lakin onlara heç bir aidiyyəti olmadığını deyib: “Borc biz hələ oyunlarımızı bu arenada keçirməmişdən öncə də mövcud olub. Biz ayda cəmi 2 dəfə oyun keçiririk və 2 oyunla 100 min manatdan çox borc yığıla bilməz. Özümüz də əziyyət çəkirik. Hər dəfə AFFA İntizam Komitəsi bizi cərimələyir. Klub olaraq bildiririk ki, həmin borcu stadionu tikən orqan – Sumqayıt Şəhər İcra Hakimiyyəti ödəməlidir. Yəni klub tərəfindən hansısa borc yoxdur”.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən isə bildirildi ki, həmin borca klub cavabdehdir: “Bu arenaya “Sumqayıt” futbol klubu baxır”.
Ölkədəki futbol stadionlarının əksəriyyəti Gənclər və İdman Nazirliyinin balansında olsa da, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu nazirliyə tabe deyil. Bu məlumat nazirlik tərəfindən də təsdiq edilib.
Digər problem ondan ibarətdir ki, Belarusun “Dinamo” (Minsk) klubu UEFA Konfrans Liqasındakı ev oyunları məhz Sumqayıtda keçirəcək. Minsk təmsilçisi Şotlandiyanın “Harts” klubunu məhz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək. Lakin belaruslular hələ ki, su problemindən xəbərsizdir. Əgər o zamana qədər məsələ həllini tapmasa, UEFA bu dəfə “Dinamo”nu cərimələyəcək.
Qaz problemi isə “Sumqayıt” klubu və Sumqayıt Şəhər İcra Hakimiyyəti arasındakı anlaşılmazlıq üzündən həll edilməmiş qalır. (qafqazinfo.az)
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında