Rafinya hamını qabaqladı

Rafinya hamını qabaqladı
XƏBƏR 14 Sentyabr 2024 / 13:56 2113
-  A +

La Liqada avqust ayının ən yaxşı oyunçusu məlum olub.

QOL.az qurumun saytına istinadən xəbər verir ki, bu ada "Barselona"nın vingeri Rafinya layiq görülüb. 

Ötən ay 27 yaşlı futbolçu İspaniya çempionatında 4 oyun keçirib, 3 qol vurub və 3 qolun ötürməsini verib.

Qeyd edək ki, 2022-ci ilin yayında "Barselona"ya transfer olan Rafinya sonra ilk dəfə İspaniya La Liqasında ayın futbolçusu seçilib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner