Formula-1 Azərbaycan: ikinci sərbəst yürüşünün qalibi müəyyənləşdi

Formula-1 Azərbaycan: ikinci sərbəst yürüşünün qalibi müəyyənləşdi
XƏBƏR 13 Sentyabr 2024 / 18:14 1141
-  A +

Bakıda keçirilən “Formula 1 Azərbaycan Qran-Prisi 2024” yarışlarının ikinci sərbəst yürüşü başa çatıb.

QOL.az “Azərtac”a istinadən xəbər verir ki, yürüşdə 10 komanda mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Ferrari"nin monakolu pilotu Şarl Lekler birinci olub. “Red Bull”un sürücüsü meksikalı Serxio Peres ikinci, “Mercedes”in britaniyalı pilotu Luis Hamilton üçüncü pillədə qərarlaşıblar.

Birinci sərbəst yürüşün qalibi isə “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.


Son xəbərlər
17.09.24  17:15

Pioli "Əl-Nəsr"də