Bu gün Bakıda start götürəcək Formula 1 Azərbaycan Qran-Prisinin qlobal izləyici kütləsinin rekord həddə çatacağı gözlənilir.
QOL.az-ın xəbərinə görə, Bakı Şəhər Halqasının mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, yarışı 300-ə yaxın media nümayəndəsi işıqlandıracaq. Bunların 200-ə yaxını beynəlxalq jurnalistdir.

Dünya media nəhəngləri “Sky Sports”, “Motorsport”, “Canal+”, “Netflix”, “The Sun” və digərləri bu sırada yer almaqla 3 gün ərzində həyəcanlı Bakı yarışını bütün dünya ilə paylaşacaq.

Tədbirin promoteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən qurulmuş, hazırda 450 nəfərlik tutumu olan Media Mərkəz jurnalistlərin artıq ixtiyarındadır. Yarış həftəsi, çərşənbə günündən etibarən fəaliyyətə başlayan Mərkəzdə yerli və xarici media mənsubları Media Akkreditasiya Mərkəzinin, Media Mərkəzinin xidmətlərindən faydalanır. Həmçinin mərkəzdə komandaların mətbuat konfransları keçirilir. Jurnalistlər sorğularını Mərkəzin qəbul-sorğu masalarına yönəldə bilirlər. Media Mərkəzi Beynəlxalq Avtomobil Federasiyasının tələblərinə uyğun qaydada təsis edilir.

Qeyd edək ki, 2023 -cü il Formula 1 Azərbaycan Qran-Prisini televiziya və sosial media platformalarından 90 milyon insan izləyib. Formula 1 tərəfindən təqdim edilən rəsmi statistikaya əsasən 2022-ci ildə bu rəqəm 59 milyon olub. Azarkeş və turist sayında, eyni zamanda bilet satışlarındakı göstəricini nəzərə alaraq, bu il Azərbaycan Qran-Prisinin qlobal izləyici sayında da daha bir rekorda imza atılacağı istisna deyil.

“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı