2 ay Azərbaycanda oynayan futbolçu bu kluba keçdi

2 ay Azərbaycanda oynayan futbolçu bu kluba keçdi
XƏBƏR 12 Sentyabr 2024 / 15:06 2761
-  A +

Bir neçə gün əvvəl "Sumqayıt"dan ayrılan Slaviş Radoviçin yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, Bosniya və Herseqovinadan olan müdafiəçi Serbiyada çıxış edəcək. 30 yaşlı müdafiəçi "Radniçki" ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Superliqa təmsilçisi Radoviçlə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Slaviç Radoviç "Sumqayıt"da cəmi 2 ay çıxış edib. İyulda transferi açıqlanan və ötən həftə komandadan ayrılan futbolçu "Sumqayıt"da 4 oyunda iştirak edib.


Son xəbərlər
17.09.24  17:15

Pioli "Əl-Nəsr"də