"Sabah" onlara bileti pulsuz verəcək

"Sabah" onlara bileti pulsuz verəcək
XƏBƏR 12 Sentyabr 2024 / 14:19 2282
-  A +

15 sentyabr – Bilik Günüdür.

QOL.az xəbər verir ki, bu münasibətlə sentyabrın 15-də baş tutacaq “Sabah” – “Turan Tovuz” oyununa gələcək bütün məktəblilərə və onları müşayiət edən valideynlərə pulsuz bilet veriləcək. Bu barədə "Sabah"ın mətbuat xidməti məlumat yayıb. Pulsuz biletləri oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə etmək mümkün olacaq.

Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Turan Tovuz” oyunu saat 20:30-da başlayacaq.


Son xəbərlər
17.09.24  17:15

Pioli "Əl-Nəsr"də