"Liverpul"un sabiq futbolçusu vergi fırıldaqçılığına görə mühakimə oluna bilər

"Liverpul"un sabiq futbolçusu vergi fırıldaqçılığına görə mühakimə oluna bilər
XƏBƏR 12 Sentyabr 2024 / 09:58 1455
-  A +

Fransa millisinin və "Liverpul"un sabiq hücumçusu Cibril Sisse 1 il şərti həbs cəzasına məhkum edilə bilər.

QOL.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

43 yaşlı sabiq futbolçu vergi fırıldaqçılığında və korporativ aktivlərdən sui-istifadədə ittiham olunur. Bildirilir ki, 11 sentyabrda keçirilən iclasda Fransa prokurorluğu da məhkəmədən Sissenin 100 min avro məbləğində cərimələnməsini istəyib.

Qeyd edək ki, Sisse 2002-2011-ci illərdə Fransanın əsas millisində oynayıb. O, 2004-2006-cı illərdə "Liverpul"un formasını geyinib.

Daha çox


Son xəbərlər
26.03.26  17:39

Arteta, Hau, Moyes…

topaz banner