"Sumqayıt" bu yay transfer etdiyi futbolçunu göndərdi

"Sumqayıt" bu yay transfer etdiyi futbolçunu göndərdi
XƏBƏR 7 Sentyabr 2024 / 23:58 2281
-  A +

"Sumqayıt" futbolçusu Slavişa Radoviç ilə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Klub futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayırıb.

Qeyd edək ki, "Sumqayıt" Slavişa Radoviçi bu ilin iyul ayında heyətinə qatmışdı.

Xatırladaq ki, "Sumqayıt" bu yay Erik Sorqa, Orxan Sadıqlı, Abu Dosso, Oktavio Manteka, Masaki Murata, Kamran Əliyev və Kasimir Ninqa ilə də yollarını ayırıb.


Son xəbərlər