Mehriban Əliyeva Raman Saleyi təbrik etdi

Mehriban Əliyeva Raman Saleyi təbrik etdi
XƏBƏR 8 Sentyabr 2024 / 00:31 1063
-  A +

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın paraüzgüçüsü Raman Saleyi Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması münasibəti ilə təbrik edib.

QOL.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. 

Birinci vitse-prezident paylaşımında yazıb: 

"Raman Saleyin Paris-2024 Yay Paralimpiya Oyunlarında 3-cü medalı! Bürünc mükafatçını təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərimizə təşəkkür edirəm! Hər bir idmançıya möhkəm cansağlığı, güc və yeni nailiyyətlər arzulayıram".

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner