Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşdi

Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşdi
XƏBƏR 6 Sentyabr 2024 / 20:10 3127
-  A +

Minifutbol üzrə U-23 dünya çempionatının püşkü atılıb.

QOL.az xəbər verir ki, püşkatmada Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

B qrupunda yer alacaq yığmamız Kolumbiya, Slovakiya və İraq komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Xorvatiyada təşkil olunan dünya çempionatı oktyabrın 7-də start götürəcək.


Son xəbərlər