"Qarabağ"ın yeni transferi Aleksey Kaşuk Ukraynanın sport.ua saytına açıqlama verib.
QOL.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinə keçidindən danışıb:
“Transferimdə bir nömrəli amil Qurban Qurbanovdur. O, çox uzun müddətdir, burada çalışan və komandanı Çempionlar Liqasının qrup mərhələsinə və Avropa Liqasının 1/8 final mərhələsinə çıxaran məşqçidir. Qurban Qurbanov futbolçuları necə inkişaf etdirməyi bilir.
İkinci amil müqavilənin təfərrüatlarıdır. Söhbət təkcə şəxsi şərtlərdən deyil, həm də müqavilədəki bəndlərdən gedir. Sözləşmədə yazılıb ki, gələcəkdə Avropa klubları “Qarabağ”a adekvat qiymətə təklif verə biləcək.
Üçüncü amil isə odur ki, mən artıq bu çempionatda və bu ölkədə oynamışam. Uyğunlaşmışam. Ona görə də “Qarabağ”da olmaq peşəkar futbola tam qayıtmaq və avrokuboklarda özünü göstərmək imkanı əldə etmək üçün ən yaxşı həll yoludur”.
Qeyd edək ki, "Qarabağ" ukraynalı futbolçu ilə 3 illik müqavilə imzalayıb.
Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun yetirməsi olan Aleksey Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022-2023-cü il mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib. Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı