"Fənərbaxça"dan yeni transfer

"Fənərbaxça"dan yeni transfer
XƏBƏR 31 Avqust 2024 / 15:18 2924
-  A +

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

İstanbul təmsilçisi "Fiorentina"nın yarımmüdafiəçisi Sofyan Amrabatı transfer edib. Superliqa klubu 28 yaşlı mərakeşlini 2024/25 mövsümünün sonuna qədər icarəyə götürüb. Sözləşməyə birdəfəlik transfer bəndi də daxildir.

Qeyd edək ki, ötən mövsüm Amrabat 30 oyun keçirib və 9 sarı vərəqə alıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner