Ançelotti: "Mbappeyə görə narahat olmaq lazım deyil"

Ançelotti: "Mbappeyə görə narahat olmaq lazım deyil"
XƏBƏR 31 Avqust 2024 / 14:39 2687
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Kilian Mbappenin kluba uyğunlaşması və çıxışı haqda danışıb.

QOL.az xəbər verir ki, o, 26 yaşlı hücumçunun ardıcıl 3 matçda qol vurmaması barədə bunları deyib: 

"Mbappe irəliləyir. O, çox işləyir. Kilianın adaptasiyası yaxşı gedir. O, sonuncu dəfə avqustun 14-də “Atalanta” ilə matçda qol vurmuşdu. Cəmi 2 həftə keçib. Mbappeyə görə narahat olmaq lazım deyil. Nə biz, nə də o narahat olmamalıdır. Kilian qol vurmaq istəyir. Əminəm ki, o, bunu edəcək”.

Xatırladaq ki, Kilian Mbappe bu mövsüm "Real" ilə 4 rəsmi matçda cəmi 1 qol vurub.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner