"Arsenal" futbolçusunu satdı

"Arsenal" futbolçusunu satdı
XƏBƏR 31 Avqust 2024 / 12:59 2582
-  A +

"Arsenal" hücumçusu Eddi Nketianı satıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu İngiltərənin digər klubu "Kristal Pelas"a keçib. Tərəflər arasında müqavilə 5 illikdir.

Nketiah "Arsenal"ın yetirməsidir. Ötən mövsüm o, "topçular"ın heyətində Premyer Liqada 27 oyuna çıxıb və 5 qol vurub.

Hücumçu 2019/2020 mövsümündə "Arsenal"la İngiltərə Kubokunu qazanıb. O, 2020-ci ilin oktyabrında isə İngiltərənin 21 yaşadək futbolçulardan ibarət komandasında rekord qırıb. Nkeita 17 matçda 16 qol vurub.


Son xəbərlər
20.05.26  16:53

11 illik dövrün sonu

topaz banner