"Çelsi"dən "Evertona"

"Çelsi"dən "Evertona"
XƏBƏR 31 Avqust 2024 / 12:30 2099
-  A +

"Everton" heyətinə yeni futblçu qatıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Pemyer Liqa təmsilçisi "Çelsi"nin futbolçusu Armando Broyanı icarəyə götürüb. 22 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Broya "Çelsi" akademiyasının yetirməsidir. Onun  London klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. 

Keçən mövsüm Armando "Çelsi"nin heyətində bütün turnirlərdə 19 oyun keçirib, 2 qol və 1 qolun ötürməsini verib.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner