Milli komandamızın baş məşqçisi Fernandu Santuş bu gün mətbuat konfransı keçirib.
QOL.az xəbər verir ki, əvvəlcə media önündə millinin heyətini açıqlayan portuqaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Mahir Emreli, Eddi İsrafilov kimi futbolçuların millidən kənarda qalmasına səbəb nədir?
- Açıqladığım heyətdə 6 legioner var. Mahir zədəlidir, məlumdur. Ümumilikdə siyahıda 50 nəfər var idi. Onların arasında seçim etdik. Şahruddin Məhəmmədəliyev, İsmayıl İbrahimli, Anton Krivostyuk, Hacıağa Hacılı da zədəli olduqları üçün onlara dəvət göndərmədim.

- Artıq iki aya yaxındır, millimizin baş məşqçisisiniz. Gələcəklə bağlı düşüncələriniz nədir?
- Reallıqlarla barışmaq lazımdır. Amma biz bura gəlmişik ki, gələcək üçün komanda quraq. Həmin komandanın ölkəni yaxşı təmsil etməsini istəyirik. Cəlb etdiyim futbolçular mənimlə ilk dəfə işləyəcəklər. Biz onları, onlar da bizi tanıyacaqlar. İsveçlə oyuna qədər cəmi bir neçə məşqimiz olacaq. Fiziki baxımdan hansısa dəyişiklik etməyə imkanımız yoxdur. Futbolçular klublarında necə hazırlıq keçiblərsə, elə də olacaq. İndi hansısa köklü dəyişikliklər etməyə gərək yoxdur. Gələcək üçün yüksək səviyyədə mübarizə apara biləcək rəqabətədavamlı komanda qurmaq istəyirik. Çox kompakt, istəkli, vətən üçün, bayraq üçün əzmkarlıq göstərəcək komanda yaratmaq arzusundayıq. Milliyə çağırılacaq hər bir futbolçu mənim üçün önəmlidir. Amma onlar ulduz deyillər. Ulduz ancaq göydə olur.
- Milliyə dəvət alan futbolçular ötən seçmə mərhələdə pik formada olsalar da, fayda verə bilmədilər. İndi onlarla nəyə ümid etmək olar?
- Fərdlər önəmli deyil, əsas olan komandadır. Əvvəl də demişəm, gələcəkdə də bu fikri təkrarlaya bilərəm - mənim üçün bir futboçu digərindən üstündür deyə bir şey yoxdur. Ola bilər, sizin gözlədiyiniz hansısa oyunçu meydana çıxmasın. Mənim üçün hər bir futbolçu bərabərdir. Hamımız burdayıq ki, Azərbaycan naminə nəsə edək. Santuş, yaxud hansısa futbolçu üçün yox. Dediyim kimi, əsas Azərbaycanın adı, bayrağıdır. Bura elə-belə gəlməmişəm.

- Bu gün Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları start götürəcək. 3 gün ərzində dəvət göndərdiyiniz futbolçulardan hansısa zədələnsə, alternativiniz var?
- Alternativlər var. Dediyim kimi, 50 nəfərlik siyahımız var idi. Hətta dünən siyahımızda 30 nəfər yer almışdı. Yekun siyahını bu gün 24-ə saldıq.
- “Turan Tovuz”dan komandaya 2 futbolçu dəvət etmisiniz. Bu, Tovuz klubunun lider olmasına görədir?
- Azərbaycan çemponatının bütün oyunları izləyirik. Lider olmağın önəmi yoxdur. Kimi layiq biliriksə, onu da dəvət edirik. Bu, daimi hərəkətdə olan prosesdir. Bu gün başqaları gəlir, sabah digərləri olacaq. Çempionatı izləyirik və ən layiqliləri çağırırıq. Premyer Liqanın 4 klubundan millidə futbolçu yoxdur. Amma bu o demək deyil ki, gələcəkdə də olmayacaq. Hər futbolçuya böyük hörmətim var. Eləcə də mətbuata. Heyəti sizin önünüzdə açıqlamağım da bundan irəli gəlir.

- Milliyə 3 sağ cinah müdafiəçisi dəvət etmisiniz. Bu, taktiki gediş üçündür, yoxsa onlardan hansınısa fərqli mövqedə sınayacaqsınız?
- Təbii ki, belə ehtimal var. Portuqaliyada işləyəndə də belə addımlar atmışam. Mərkəz müdafiəçisinin cinahda oynamasını görmüşük. Lazım olsa, bu addımı atarıq.
- Qarşıdakı oyunlarda hansı nəticələr sizin üçün uğur sayılacaq?
- Dünyada elə bir məşqçi yoxdur ki, qələbədən başqa nəticəni istəsin. Elə bir komanda yaratmaq istəyirik ki, inamlı və iddialı olsun. Futbol sadə oyundur. Taktiki, texniki tərəfləri bəllidir. Əsas olan topu çərçivədən içəri keçirməkdir. İndiki məqamda əsas baza əlimdə olan futbolçulardır. Onlar da klublardakı performansa əsas yığmaya çağırılıblar. İlk dəfə birgə işləyəcəyik. Mən hələ bilmirəm onlar necə müdafiə olunurlar, necə hücum edirlər, məşqçinin tapşırıqlarını necə yerinə yetirirlər. Çalışacağıq ki, öz dəsti-xətti olan kollektiv yaradaq.
- “Zirə”, “Sabah” və “Sumqayıt”ın avrokuboklarda mübarizəni dayandırması millimizə mənfi təsir göstərə bilər?
- Heç bir təsir olmayacaq. Bəzən futbolçunun da istirahətə ehtiyacı olur. Futboçuya bərpa lazımdır. Bu həftə turun son oyunu - “Zirə” - “Qarabağ” matçı sentyabrın 1-dədir. Demək, bu klubun futbolçuları sentyabrın 2-dəki məşqimizə qoşula bilməyəcəklər. Çünki onlar oyun gününün səhəri bərpa prosesi keçməlidirlər.

- Arif Əsədovun gedişindən sonra onun yerinə millinin məşqçilər korpusuna yerli məşqçi cəlb olunmayıb. Bu, güvənsizlikdən irəli gəlir, yoxsa hələ istədiyinizi tapa bilmirsiniz?
- O yerə mütləq təyinat olacaq, iş gedir. Ola bilər bir neçə gün sonra, yaxud növbəti toplanışa qədər bu məsələ həll olunsun. Millidə azərbaycanlı məşqçinin olması Azərbaycan futbolu üçün müsbət haldır.
- Bayaq qeyd etdiniz ki, ulduz yerdə yox, göydə olur. 2016-cı ildə Ronaldo göydə idi?
- Tək o yox, hamısı (gülür). Təbii ki, Ronaldo dünyanın ən yaxşısıdır. Amma tək heç kim qələbə qazanmır. Yalnız komanda şəklində qalib gəlmək mümkündür. Bu gün bura gəldiyiniz üçün sizə təşəkkür edirəm. Bir xahişim olacaq. Çox istərdim ki, milliyə dəstək olasınız. Azarkeşlərə səslənirəm. “Qarabağ”ın avrokubok oyununa 30 min azarkeş gəlir, amma çempionat oyununa 300 nəfər. Ancaq bölgələrdə, “Turan Tovuz”un ev oyunlarına azarkeşlər gəlir. Milli komandadan yapışın. Bu, gələcəyin layihəsidir. Milliyə inanın. Məni dəstəkləmək lazım deyil, oyunçuların, millinin buna çox ehtiyacı var. Çox istərdim ki, azarkeşlər millinin oyunlarında stadionları doldursunlar.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı