“Zirə” klubu tarixində ilk dəfə Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
QOL.az xəbər verir ki, Rəşad Sadıqovun komandası bu gün “Osiyek”ə (Xorvatiya) qarşı görüşdə rəqibi üstələyib. Bu komandaların ilk matçı 1:1, Bakıdakı cavab qarşılaşmasının əsas və əlavə vaxtı isə 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında rəqibini məğlub edən (2:1) “Zirə” növbəti mərhələyə adlayıb.
Beləliklə, bu mövsüm Avropa kuboklarının pley-off mərhələsində Azərbaycanın 2 klubu yarışacaq. “Zirə” KL-də, “Qarabağ” isə Çempionlar Liqasının təsnifat mərhələsinin sonuncu - 4-cü raundunda oynaya biləcək.
“Zirə” Omoniya" (Kipr), “Qarabağ” isə “Dinamo” (Xorvatiya) üz-üzə gələcək.
Qeyd edək ki, son dəfə Azərbaycanın 2 klubu avrokubokların pley-off mərhələsində 2016/17 mövsümündə çıxış edib. 2016-cı ilin yayında “Qarabağ” və “Qəbələ” əvvəlcə Avropa Liqasının pley-off, sonra isə qrup mərhələsinə vəsiqə qazanıb.
Çalhanoğlu geri dönür
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç