Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Ludoqorets” (Bolqarıstan) – “Qarabağ” matçı öncəsi Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, əvvəlcə görüşdən gözləntilərini açıqlayıb:
“Bakıda bir az fərqli nəticə gözləyirdik, amma rəqibin təhlükəli olduğunu bilirdik. Bakıdakı matçda da bildirmişdim ki, çox təhlükəli əks-hücumlara malik və nəticəyə oynamağı bacaran kollektivə qarşı oynayırıq. Çox təcrübəli məşqçiləri var ki, bu komandanın qurulmasında onun rolu böyük olub. Ona böyük hörmətlə yanaşırlar, fikirlərini meydanda çox yaxşı icra edirlər. Bəlkə Bakıda daha yaxşı nəticə əldə edə bilərdik. Amma əksini də düşünmək lazımdır. Ola bilərdi ki, daha pis nəticə qeydə alınardı. Qarşılaşmadan sonra komandada ilk günlər bir az üzüntü oldu. Amma hamı başa düşdü ki, bu, futboldur və hələ heç nə itirilməyib. Bizim cavab oyunumuz, bu matçda daha yaxşı nəticə əldə etməyə şansımız var. Rəqib öz meydanında oynayır və çox səviyyəli komandadır. Yaxşı nəticə əldə etmək üçün çox güc sərf etməliyik və daha səliqəli, intizamlı, dəqiq oynamalıyıq”.
Təcrübəli mütəxəssis komandasının hazırlığına da toxunub: “Hazırlığımız pis keçmədi. Sabah lazım olan nəticəni əldə etmək üçün meydanda sonadək mübarizə aparacaq, vuruşacağıq. Çox istərdim ki, hətta məğlub olsaq belə komanda meydanda yaxşı vuruşa, mübarizə apara bilsin. Buna inanıram. Komandanın hazırlığı pis deyil. İdeal formada olduğumuzu deməzdim. Amma oyundan-oyuna daha yaxşı oluruq və buna çalışırıq. Zədəli futbolçularımız Musa Qurbanlı və qapıçımız Şahruddin Məhəmmədəliyevdir. Digərləri matça hazırdır”.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda “Ludoqorets” qələbə qazanıb – 2:1.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi