“Həm birinci, həm də ikinci hissədə yaxşı oynadıq. Matç asan keçmədi. “Sabah” yaxşı rəqibdir. Keyfiyyətli futbolçulardan təşkil olunub. Xarakter nümayiş etdirdik. Bütün oyuna nəzarət bizdə idi. Qalib gəldiyimiz üçün xoşbəxtik”.
QOL.az saytına müsahibəsində bu sözləri “Zirə”nin üzvü Stefan Aka Misli Premyer Liqasının ikinci turunda “Sabah” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edərkən deyib.
O, “Sabah”la matçda komandanı meydana kapitan kimi çıxarmasından məmnun olduğunu bildirib: “Baş məşqçimizə təşəkkür edirəm ki, mənə etimad göstərib. Komandanın kapitanlarından biri də mənəm. Mən də etimadı doğrulmaq üçün əlimdən gələni etməyə çalışıram. Hər zaman komandama faydalı olmaq istəyirəm”.
Fil Dişi Sahilindən olan müdafiəçi qeyd edib ki, ölkə çempionatında “Qarabağ”ın yeganə rəqibi “Zirə” deyil: “Düşünmürəm ki, “Qarabağ”la mübarizə aparacaq yeganə komanda bizik. Çempionatda keyfiyyətli kollektivlər var. Ona görə də mövsüm çox çətin və gərgin keçəcək”.
S.Aka 3 gün sonra “Osiyek”ə qarşı keçiriləcək UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı barədə də danışıb: “lk matçda səfərdə heç-heçə etmişik. Ola bilər kimsə düşünsün ki, müəyyən qədər üstünlüyümüz var. Lakin cavab matçı çox çətin keçəcək. Çünki “Osiyek” güclü rəqibdir. Bunu ilk matçda da gördük. Biz də növbəti mərhələyə yüksəlməyə qadirik. Buna görə də meydanda bütün gücümüzü qoyacağıq. Mərhələ adlamaq üçün sona kimi vuruşacağıq”.
34 yaşlı futbolçu bildirib ki, cütün taleyini xeyrinə həll etməsi üçün “Zirə” ilk növbədə bu məqamlara diqqət yetirməlidir: “İlk dəqiqələrdən rəqibi təzyiqdə saxlamalı, səfərdəki matçın nəticəsi barədə düşünməməliyik. Pressinq tətbiq etməli, aqressiv olmalıyıq. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirə bilsək, istəyimizə çatarıq”.
Aka “Osiyek”lə matçda azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını söyləyib: “Biz avrokuboklarda təkcə özümüzü yox, ümumilikdə Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq. Lakin azarkeş məsələsi tək bizlə bağlı deyil. Təbii ki, fanatların stadiona gəlişi bizim üçün əlavə motivasiyadır. Onlarla daha güclü oluruq. Ona görə çox istərdim ki, qarşıdakı matçda azarkeşlərin güclü dəstəyini hiss edək”.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu
"Kəpəz" - "Sumqayıt" matçından - Video
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Zamiq oynadı, komandası qələbə qazandı
Premyer Liqada 5-ci tura yekun vuruldu