“Zirə”ni yaxşı analiz etmişik. Öz oyun üslubumuzu sabah göstərmək istəyirik. Ümid edirəm ki, meydanda planlarımızı da həyata keçirə biləcəyik”.
QOL.az xəbər verir ki, bu sözləri "DAK 1904”ün (Slovakiya) baş məşqçisi Xisko Munyoz UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”yə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, “Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsində “Şerif”lə keçirdiyi oyunlar barədə fikirlərini də bölüşüb: “Həmin oyunun taleyini kiçik detallar həll etdi. Hər iki komanda yaxşı mübarizə apardı. Hazırda rəqibimizin taktiki hazırlığı yüksək səviyyədədir. Əlimizdən gələni edib azarkeşlərimizi sevindirmək istəyirik”. 44 yaşlı X. Munyoz vaxtilə Gürcüstanın “Dinamo” (Tbilisi) komandasında köməkçi məşqçi işlədiyi dönəmdə “Qəbələ” ilə qarşılaşdıqları matçı xatırladıb: “Qəbələ” komandası çox güclü idi. Həmin heyətdə olan Davit Volkov hazırda “Zirə”də çıxış edir. Çox keyfiyyətli oyunçudur. İstənilən vaxt oyunun taleyini dəyişməyi bacarır”.
İspaniyalı mütəxəssis təşkilatçılığa görə “Zirə” klubuna təşəkkür edib.
Qeyd edək ki, “Zirə” - “Dunayska Ştreda” oyunu iyulun 25-də “Dalğa Arena”da keçiriləcək. Cavab qarşılaşması isə bir həftə sonra olacaq (AZƏRTAC).
Baş məşqçi futbolçudan üzr istədi
40 yaşlı qolkiper yenidən mundial yolunda
"Beşiktaş" onu hədəfə aldı
Millinin üzvləri hələ də ABŞ vizası ala bilməyiblər
"Mançester Yunayted"ə keçə bilər
Ançelottinin müqaviləsi uzadıldı
Avropa çempionatı: Xədicə Qurbanzadədən gümüş medal
"Səudiyyəyə getmək onu zəiflətmədi"
Alonso "Çelsi"dən zəmanət tələb edib
Finala vəsiqə qazanan klub casusluqda ittiham olunur
Baş məşqçinin 15 illik köməkçisi klubdan gedir
Yüksək Liqanın bürünc mükafatçısı bəlli oldu
“Liverpul”da qalacağıma əsaslarım var” - Arne Slot
“Sabah” - “Neftçi” matçının hakimləri açıqlandı
DÇ-2026-nın rəsmi tərəfdaşı oldu
"Napoli" Antonio Konte ilə bağlı qərar verib
"Mançester Yunayted"in yeni formaları - Şəkillər
"Qəbələ"nin kapitanının cəzası açıqlandı
Premyer Liqanın ən yaxşı oyunçusu kim olacaq? - 8 namizəd
Xankəndi stadionu nə vaxt hazır olacaq? - Nazir açıqladı
Salah qayıdır, Bekker yox
"Bakı–Xankəndi" velosiped yarışına yekun vurulub
"Real"da erkən prezident seçkiləri keçiriləcək
Dambrauskas futbol tariximizə belə düşdü
Yeni Zelandiyanın DÇ-2026 üçün heyəti
"Sabah" onu birdəfəlik transfer etdi
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
Yenidən qurulan Xankəndi stadionunda son durum - Video
"Mançester Yunayted"in Kerrik qərarı
Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
Millimizin üzvü üçün növbəti 90 dəqiqə
Final matçının fasiləsində möhtəşəm şou
Messi 909-cu qolunu vurdu